AZ

İspaniyada 52 yəhudi yeniyetmə təyyarədən düşürüldü, müşayiətçi həbs olundu...

Əksəriyyəti fransalı və bəziləri israilli olan 52 yəhudi yeniyetmə 23 iyul çərşənbə günü İspaniyanın Valensiya şəhərindəki Manises hava limanında təyyarədən endirilib. 
 
Moderator.az  xəbər verir ki, "Enfoque Judío" saytının məlumatına görə,  qrupun təyyarəyə minərkən və uçuşu gözləyərkən ənənəvi yəhudi mahnılarını oxumağa başladığı bildirilir. 
 
Uçuş heyəti onlardan mahnı oxumağı dayandırmağı tələb etdikdən sonra yerli polis çağırılıb və yeniyetmələr təyyarədən çıxarılıb. Qrupu müşayiət edənlərdən biri aksiyaya etiraz etdikdən sonra həbs olunub, əlləri qandallanıb, şəxsi telefonu əlindən alınıb və hadisənin görüntülərini yaymayacağına dair vəd imzalandıqdan sonra sərbəst buraxılıb. Hadisənin "Vueling" şirkəti tərəfindən həyata keçirilən kommersiya reysində baş verdiyi bildirilir və hələlik rəsmi cavab verilməyib.
 
Diaspor naziri Amihay Şikli sərt cavab verib: 
 
"Həbs edilən və döyülən qadın Kinneret yay düşərgəsinin rəhbəridir. Təyyarədə Fransadan olan 10-15 yaşlı 50 yəhudi uşaq yəhudi mahnıları oxuyurdu. "Vueling" ekipajı İsrailin terror dövləti olduğunu bəyan etdi və uşaqları indi Vaşinqtona qayıtmağa məcbur etdilər. Onlar hazırda Fransaya getmək ümidi ilə Valensiyada qalırlar. "HƏMAS"-ın "Əl-Cəzirə", "Haaretz" və digər nəşrlər tərəfindən yayımlanan yalan kampaniyasına uyğun olaraq, biz son vaxtlar çox ciddi antisemit hadisələrin şahidi oluruq və bu, ən pis hadisələrdən biridir".
 
Xatırladaq ki, son məlumatlara görə 2023-cü ilin oktyabrından bəri İsrail ordusu Qəzzada 55 mindən çox dinc uşaq, qadın və qocanı qətlə yetirib.
Seçilən
105
moderator.az

1Mənbələr