AZ

Odessada partlayışlar baş verib

Odessada

Ukraynanın cənubundakı Odessa limanında partlayışlar qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Odessa şəhərinin meri Gennadi Truxanov məlumat yayıb.

G. Truxanov qeyd edib ki, şəhərdə partlayış səsləri eşidilir.

O, az sonra Telegram kanalında bunları yazıb: “Partlayışlar şəhərin Peresipski və Primorski rayonlarında baş verib”.

Ötən gecə Odessa və Ukraynanın digər vilayətlərində hava hücumu təhlükəsi elan edilib.

ELÇİN
Seçilən
73
1
reyting.az

2Mənbələr