AZ

Messinin sol ayağı, Mbappenin sürəti: Zinçenko ideal oyunçunu belə “yığdı”

Aleksandr Zinçenko müxtəlif ulduzlardan ən yaxşı keyfiyyətləri seçərək mükəmməl oyunçu yaratmaq trendinə qoşulub.

Publika.az xəbər verir ki, “Arsenal”ın ukraynalı müdafiəçisi Lionel Messidən “borc aldığı” sol ayağa görə heç düşünməyib. Sağ ayağı isə Kriştiano Ronaldodan alıb.

Sürətlə bağlı da gözlənilən seçimi edib – Kilian Mbappe. Daha maraqlısı odur ki, futbolçu gücü keçmiş komanda yoldaşı Kayl Uokerdən götürüb. Futbol zəkasını “Mançester Siti”nin əfsanəsi David Silvadan alıb.

Ancaq xarakter və şəxsiyyət amilinə görə Aleksandr Vinsent Kompanini seçib.

Seçilən
65
publika.az

1Mənbələr