AZ

İsrail HƏMAS-ın atəşkəs təklifinə son cavabını nəzərdən keçirir

BAKI, 24 iyul. TELEQRAF

HƏMAS-ın Qəzza zolağında atəşkəsin əldə edilməsi təklifinə cavab verdiyini elan edən bəyanatı yenilənmiş cavaba aiddir.

Teleqraf xəbər verir ki, bunu adı açıqlanmayan İsrail rəsmisi “The Times of Israel”ə bildirib.

HƏMAS əvvəlki cavabı çərşənbə günü təqdim etmişdi, lakin həmin cavab ərəb vasitəçilər tərəfindən dərhal rədd edilmişdi. Onlar bunu ABŞ və İsrail ilə paylaşmaqdan imtina etmiş və hərəkatdan daha əsaslı təklif təqdim etməsini tələb etmişdilər.

HƏMAS bu tələblə razılaşıb və ilkin cavabdakı bəzi tələblər son cavabdan çıxarılıb.

Rəsminin sözlərinə görə, İsrail hələ də HƏMAS-ın cavabını nəzərdən keçirir.

Seçilən
67
1
teleqraf.com

2Mənbələr