Almaniyanın kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron Ukrayna lideri Volodimir Zelenski ilə ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilən və mübahisələrə səbəb olan qanunvericilik tədbirlərini müzakirə etməyi planlaşdırırlar.
APA xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius Merts və Makron arasında Berlində keçirilən danışıqlardan sonra jurnalistlərə açıqlama verib.
"Prezident Makron və Almaniya kansleri Zelenski ilə korrupsiyaya qarşı mübarizə məsələləri üzrə intensiv müzakirələr aparmaq barədə razılığa gəliblər", – deyə Kornelius bildirib.
Almaniya hökumətinin nümayəndəsinin sözlərinə görə, Avropalı liderlər Ukraynadakı hərbi vəziyyəti və Kiyevə göstəriləcək gələcək hərbi dəstəyi də ətraflı müzakirə ediblər.