AZ

Ukrayna Rusiyanın neft bazasını vurdu - VİDEO

BAKI, 24 iyul. TELEQRAF

Rusiyanın Krasnodar vilayəti pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Kurort şəhəri Soçidə partlayışlar baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.

Bildirilir ki, bu, Soçinin Rusiya-Ukrayna müharibəsi dövründə məruz qaldığı ən böyük hücumdur.

PUA-ların bəziləri vurulub. Eyni zamanda, Sirius federal ərazisinin administrasiya rəhbəri Dmitri Plişkin neft bazasında partlayışların baş verdiyini açıqlayıb.

"Tavriçeskaya küçəsində yerləşən neft bazasına zərbə endirilib. Həmin rayonda avtomobillə səyahətdən çəkinməyi xahiş edirəm", - o, “Telegram” kanalında yazıb.

Şahidlərin sözlərinə görə, Soçinin müxtəlif hissələrində 15-20 partlayış qeydə alınıb.

"Səmada parıltılar görünməyə davam edir və dron səsi eşidilir. Hava təhlükəsi siqnalı işə düşüb. Soçiyə istirahətə gələn turistlər təhlükəsizlik məqsədilə avtomobil dayanacağına və ya digər təhlükəsiz yerlərə aparılır", - məlumatda deyilir.

Seçilən
112
50
teleqraf.com

10Mənbələr