AZ

Qəzzada daha 53 fələstinli həlak oldu

BAKI, 24 iyul. TELEQRAF

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində aralarında uşaqların da olduğu 53 fələstinli həlak olub.

Teleqraf xəbər verir ki, fələstinlilər İsrailin Zikim Sərhəd keçid məntəqəsindən yardım gözləyərkən hücuma məruz qalıblar.

Qeyd edək ki, yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında hücumlarını bərpa edib.

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində azı 59 219 fələstinli ölüb, 143 045 nəfər yaralanıb.

Seçilən
51
teleqraf.com

1Mənbələr