BAKI, 24 iyul. TELEQRAF
Paytaxt Tehranda su qıtlığı həll ediməsə, insanları su ilə təmin emək mümkün olmayacaq.
Teleqraf xəbər verir ki, bun İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, Tehranın içməli suyu bitmək üzrədir və bu belə davam edərsə, insanları su ilə təmin etmək mümkün olmayacaq: "Mən əvvəllər demişdim ki, paytaxtı köçürməliyik. Bəziləri məni tənqid etdi, amma belə davam edə bilmərik".
İranda davam edən quraqlıq səbəbindən bəndlərdə suyun səviyyəsi aşağı düşüb. Tehran Əyalət Su İdarəsi iyulun 20-də yaydığı bəyanatda paytaxtısu ilə təmin edən bəndlərdəki ehtiyatların ən aşağı səviyyəyə düşdüyü barədə xəbərdarlıq etmişdi və ictimaiyyəti suya qənaət etməyə çağırmışdı.