BAKI, 24 iyul. TELEQRAF
Avropa İttifaqı (Aİ) və ABŞ arasında ticarət mübahisəsinin tənzimlənməsinə dair razılaşma yaxın zamanda əldə edilə bilər.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Berlində Fransa Prezidenti Emmanuel Makronla görüşündən əvvəl jurnalistlərə bildirib.
"Biz ən münasib vaxtda görüşürük, çünki bəzi çox aktual məsələləri, o cümlədən bu dəqiqələrdə eşitdiyimiz kimi, qərarların qəbul edilə biləcəyi cari ticarət siyasətini müzakirə etməliyik. Biz həmçinin ümumi xarici siyasət və təhlükəsizlik siyasəti haqqında da fikir mübadiləsi aparacağıq", - Merts görüş haqqında danışarkən söyləyib.