AZ

Tramp Rusiyaya sanksiya tətbiqi hüququnu özündə saxlayır

BAKI, 24 iyul. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar qəbul etmək hüququnu özündə saxlayır.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün ənənəvi brifinqdə jurnalistin Senatda respublikaçıların Rusiyaya qarşı sanksiyaların tətbiqi haqqında qanunun qəbulundan imtina etməsi barədə sualını cavablandırarkən bildirib.

"Prezident Senatdakı dostları ilə, xüsusilə də senator Lindsi Qremlə bu məsələ ilə bağlı çox sıx ünsiyyətdədir. Lakin prezident hər zaman təsdiq edib ki, o, ali baş komandandır", - Livitt qeyd edib.

Onun sözlərinə görə, Tramp "bu münaqişəyə lap əvvəldən dərindən cəlb olunub". Buna görə də sanksiyalarla bağlı qəbul ediləcək hər hansı qərarlar barədə söhbət gedəndə, o "bu səlahiyyətləri özündə saxlamaq istəyir və bu onun haqqıdır".

Seçilən
36
teleqraf.com

1Mənbələr