Avropa İttifaqı və ABŞ idxal olunan mallara 15% rüsum tətbiq edəcək saziş bağlamağa yaxındır.
“Report” xəbər verir ki, bu barədə “Financial Times” üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, saziş ABŞ Prezidenti Donald Trampın Yaponiya ilə elan etdiyi razılığa bənzəyir və qeyd olunan məbləğdə qarşılıqlı tariflərin tətbiqini nəzərdə tutur.
Nəşr qeyd edir ki, tərəflər bir sıra məhsullara, məsələn, təyyarələrə, tünd spirtli içkilərə və tibbi avadanlıqlara tarif tətbiq etməmək barədə razılığa gələcəklər.
Xatırladaq ki, Tramp bundan əvvəl Aİ-dən gələn polad, alüminium və avtomobillərə mövcud 10 %-lik rüsumlara əlavə olaraq, avqustun 1-dən bütün ixracata 30 %-lik rüsumların tətbiq ediləcəyini açıqlayıb. Buna cavab olaraq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu tariflərin transatlantik tədarük zəncirlərini sarsıdacağını açıqlayıb və avqustun 1-nə qədər razılığa gəlməyə çağırıb.