İsrail Knesseti (parlamenti) yəhudi dövlətinin hazırda Fələstin Muxtariyyətinin nəzarətində olan İordan çayının qərb sahilinə qədər genişləndirilməsinə səs verib.
“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Təsdiqlənmiş sənəd “İsrailin suverenliyinin İudeya, Samariya və İordaniya çayının vadisinə qədər uzadılması haqqında” qətnamədir. 71 deputat bu məsələdə lehinə səs veribsə, 13 nəfər əleyhinə səs verib.
Layihənin mətninə əsasən, bu bölgələr yəhudi xalqının tarixi vətəninin tərkib hissəsidir.