Qadın futbolçulardan ibarət milli komandalar arasında İsveçrədə təşkil olunan Avropa çempionatında finalçılar müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, İngiltərə yığmasının ardınca İspaniya kollektivi də yarımfinalda qələbə qazanıb.
Pireney yarımadasının təmsilçiləri Almaniya komandasına çətinliklə qalib gəliblər. İspanların heyətində yeganə qolu 113-cü dəqiqədə "Barselona"dan Aitana Bonmati vurub.
İngiltərə və İspaniya yığmaları arasında final matçı iyulun 27-də keçiriləcək.
Avropa çempionatı, yarımfinal
İngiltərə- İtaliya 2:1 (əsas vaxt 1:1, əlavə vaxt 1:0)
İspaniya - Almaniya 1:0 (əsas vaxt 0:0; əlavə vaxt 1:0)