AZ

3:0 Qurban Qurbanovu rahat etmədi: “Bunlar məğlub olmağı sevmir”

"Qarabağ"İrlandiya təmsilçisi "Şelburn" üzərindəki 3:0 hesablı qələbəni yaddan çıxararaq, Bakıdakı cavab matçına daha ciddi hazırlaşacaq.

Sportinfo.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a qarşı oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis böyükhesablı qələbənin sevindirici olduğunu söyləyib:

"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdik.

Rəqib bizə hər an gərginlik yarada bilərdi.3:0 hesabı ilə qalib gəlməyimiz onlardan çox üstün olduğumuz anlamına gəlmir.

Bu hesabı yaddan çıxarıb, Bakıdakı cavab qarşılaşmasına hazırlaşacağıq.

Bizə stadiondan dəstək olan azsaylı azarkeşlərimizə öz təşəkkürümü bildirirəm. Rəqib komandaya qarşıdakı matçlarda uğurlar arzu edirəm".

Q.Qurbanov cütün taleyinin həll olunmadığını bildirib:

"Dünən də bildirmişdim ki, bu rəqib məğlub olmağı sevmir. "Şelburn" meydanda nə etdiyini yaxşı dərk edən komandadır.

Bakıdakı qarşılaşmada daha diqqətli olmağa çalışacağıq".

Seçilən
35
1
sportinfo.az

2Mənbələr