AZ

Birləşmiş ittifaqların sədri kim olacaq?

BAKI, 24 iyul. TELEQRAF

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqına qoşulduğunu elan edib.

Teleqraf xəbər verir ki, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Qorxmaz Həsənov olub.

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarları İttifaqının sədri isə Hikmət Osmanov olub. O, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavinidir.

Birləşmiş ittifaqa kimin sədrlik edəcəyi hələlik açıqlanmayıb.

Seçilən
24
teleqraf.com

1Mənbələr