AZ

Kapitanı həyat yoldaşından çox sevir: Luninin geyimi gündəm oldu – FOTO

“Real Madrid”in ukraynalı qapıçısı Andrey Lunin olduqca qeyri-adi geyim seçimi ilə sosial şəbəkələrdə diqqət mərkəzində olub.

Publika.az xəbər verir ki, Lukas Vaskeslə vida mərasimindən sonra internetdə Lunin haqqında zarafatlar dalğası yaranıb. Buna səbəb iki tədbirdə qapıçının görünüşü arasındakı ziddiyyətdir.

Anastasiya Tomazova ilə toy günü Lunin adi idman kostyumu geyinmişdi ki, bu da o zamanlar çoxlarını təəccübləndirmişdi.

Lakin o, Vaskeslə vida mərasimində dəbli kostyumda görünü və bu da, şərhlər dalğasına səbəb olub.

Qeyd edək ki, tətildə olmasına baxmayaraq, Andrey Lunin Lukas Vaskeslə vidalaşmaq üçün Madridə erkən qayıtmaqla gözlənilməz və xoş jest edib.

Seçilən
13
publika.az

1Mənbələr