AZ

ABŞ Milli Kəşfiyyatı Obamanı məsuliyyətə cəlb edə bilər

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Keçmiş Prezident Barak Obamanın təkzib edilmiş “Rusiya əlaqəsi” nəzəriyyəsi kontekstində etdiyi hərəkətlər vətənə xəyanət cəhdidir. 

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard Ağ Evdə keçirdiyi brifinqdə deyib.

O, vurğulayıb ki, kəşfiyyat ictimaiyyətinin qiymətləndirmələrinə zidd olan çoxsaylı saxta sənədlər bilərəkdən yaradılıb.

Qabbard deyib ki, ABŞ kəşfiyyatının sənədlərində Moskvanın 2016-cı il seçkilərində namizədlərə üstünlük verdiyinə və ya Rusiya rəsmilərinin Donald Trampın qalib gəlməsini istəməsinə dair heç bir işarə yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Barak Obamanı Rusiyaya qarşı uydurma ittihamlar hazırlamaqda ittiham edib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
globalinfo.az

2Mənbələr