AZ

İrlandiyada Azərbaycan icması “Qarabağ”ın parlaq qələbəsini qeyd edib

Dublin, 24 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün ikinci təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi “Qarabağ” klubu İrlandiyada əzmkar qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, Dublin şəhərində keçirilən qarşılaşmada Ağdam təmsilçisi İrlandiyanın “Şelburn” komandası ilə üz-üzə gəlib və matçdan inamlı 3:0 hesablı qələbə ilə ayrılıb.

Oyun zamanı stadionda xüsusi ab-hava hökm sürüb. “Qarabağ”a dəstək olmaq üçün tribunada Azərbaycan Respublikasının Birləşmiş Krallıq və İrlandiyadakı səfirliyinin konsulu Kamal Binyətli, Azərbaycanın Dublin şəhərindəki fəxri konsulu Terri Leyden, İrlandiya parlamentinin üzvü Toni MakKormak və ölkədəki Azərbaycan icmasının üzvləri də yer alıb. Onların fəal azarkeşliyi və coşqusu oyuna əlavə ruh qatıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
12
2
azertag.az

3Mənbələr