AZ

Rusiya cəbhə xəttində qısa atəşkəslər elan etmək təklifini irəli sürdü

BAKI, 24 iyul. TELEQRAF

Rusiya Ukraynaya sanitar komandaların yaralıları və cəsədləri götürə bilməsi üçün cəbhə xəttində qısa fasilələr elan etməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfi ilə üçüncü raund danışıqların yekunlarına dair açıqlamasında bildirib.

"Biz bir daha Ukrayna tərəfinə, bizim fikrimizcə, çox vacib məsələni - təmas xəttində, cəbhə xəttində qısa - 24-48 saatlıq atəşkəs elan edilməsini nəzərdən keçirməyi təklif etdik ki, sanitar komandaların yaralıları, komandirlərin öz döyüşçülərinin cəsədlərini götürmək imkanı olsun", - Rusiya nümayəndə heyətinin rəhbəri deyib.

Seçilən
56
teleqraf.com

1Mənbələr