AZ

Ötənlərin məşhur futbolçusunun oğlu İngiltərə klubu ilə müqavilə imzaladı - FOTOLAR

Ukrayna millisinin əfsanəvi hücumçusu Andrey Şevçenkonun oğlu Kristian İngiltərədə “Uotford” ilə peşəkar müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hücumçu 2023-cü ildən “Uotford”un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. Ötən mövsüm 11 qol vuran Kristian eyni zamanda 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun komandası ilə “1+1” illik sözləşmə bağlayıb.

Kristianın atası Andrey Şevçenko 2004-cü il “Qızıl top” mükafatının sahibi olub. O, “Dinamo” (Kiyev) və “Milan” (İtaliya) klublarının heyətində ölkə çempionluqları yaşayıb.

sevcenkonun-oglu-ingiltere-klubu-ile-muqavile-imzaladi



Seçilən
30
sportinfo.az

1Mənbələr