Türkiyənin İstanbul şəhərində baş tutan danışıqların üçüncü raundunda Ukrayna tərəfi Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirməyi təklif edib.
Publika.az xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov açıqlayıb.
Umerovun sözlərinə görə, təklif görüşün avqustun sonuna qədər baş tutmasını əhatə edir.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə liderlər səviyyəsində görüş təklifinin qəbul edilib-edilməyəcəyinə dəqiq cavab verməyib. Onun fikrincə, görüşdən əvvəl sülh sazişinin detalları tamamilə hazır olmalıdır.