Fransa prezidenti Makron həyat yoldaşı Bricitin kişi doğulduğu ilə bağlı iddia edən bloqeri məhkəməyə verib.
AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb.
Makron və həyat yoldaşı Bricit çərşənbə günü ABŞ-da ifrat sağçı -radikal bloqer Kendis Ouensə qarşı Fransanın birinci xanımının kişi olması ilə bağlı paylaşımına görə iddia qaldırıb.
Delaver Ali Məhkəməsində açılan iddiada Makronlar bəyan ediblər ki, Ouens öz podkastını tanıtmaq və “quduz” fanat bazasını artırmaq üçün yalan dolu “qlobal alçaldılma” və “amansız ləkələmə” kampaniyası aparır.
Makronlar bildiriblər ki, yalanlar arasında 72 yaşlı Bricit Makronun Jan Mişel Trenye adı altında doğulduğu iddiası var. Halbuki bu, Bricitin böyük qardaşının adıdır.
“Makronlar hər dəfə evlərini tərk edəndə bilirlər ki, saysız-hesabsız insanlar bu alçaq iftiraları eşidiblər və onların çoxu onlara inanır”, – iddiada deyilir. “Bu, qeyri-insani və tam ədalətsizlikdir.”
Ouens e-poçtla göndərilən şərh sorğularına cavab verməyib. Makronun ofisi şərh verməkdən imtina edib.
22 maddədən ibarət məhkəmə iddiası dəqiqləşdirilməmiş məbləğdə təzminat və cəza tələb edir.
FOTO:Kendis Ouens