ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İyulun 23-də Türkiyədə Rusiya-Ukrayna tərəfləri arasında keçirilən görüşdə Ukraynanın müdafiə naziri Rustem Umerov sülh danışıqları ilə bağlı mühüm açıqlama verib.
Globalinfo.az xəbər verir ki, nazir Kiyevin dərhal atəşkəsə hazır olduğunu bildirib. Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması qərarı ilk növbədə Rusiyadan asılıdır.
Umerov bu açıqlamanı Rusiya ilə danışıqlardan sonra verib. O, həmçinin beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.
“Biz hərbi əməliyyatların dərhal dayandırılmasını istəyirik. Ukrayna tərəfi hər zaman atəşkəsə və sülh danışıqlarına açıq olub”, – deyə o bildirib.
Nazir əlavə edib ki, bu, Ukrayna tərəfinin ilk sülh təşəbbüsü deyil. Onun sözlərinə görə, indiyədək bir neçə ölkədə münaqişənin həlli ilə bağlı görüşlər keçirilib və bu prosesə ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri də daxil olub.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.