Azərbaycanın MMA döyüşçüsü Asəf Çopurov karyerasında səkkizinci döyüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı həmvətənimiz Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbi-Dabidə təşkil olunan “UAE Warriors 62" turnirində braziliyalı Pedro Saldanhanla üz-üzə gəlib.

Asəf elə ilk raundda rəqibini  təslim olmağa məcbur edib.

Bu, idmançımızın oktaqonda ardıcıl 8-ci qələbəsi olub.

Qeyd edək ki, Çopurov Rusiyanın Volqoqrad şəhərində yaşayır.