AZ

Şəmkirdə 15 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb

Şəmkir rayonunda bədbəxt hadisə nəticəsində yeniyetmə qız həyatını itirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü G. Məmmədzadə yaşadığı evin həyətyanı sahəsində idman aləti ilə oynayarkən ehtiyatsızlıqdan ip onun boynuna dolanaraq boğulmasına səbəb olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
56
5
apa.az

6Mənbələr