GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ölkəsinin Ukrayna ilə danışıqların dördüncü mərhələsinin baş tutacağına ümid etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Ümid edirik ki, olacaq. Biz bunu istərdik”, – deyə o, jurnalistlərin sualını cavablandırarkən qeyd edib.
Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və danışıqlar qrupunun rəhbəri Rustem Umerov açıqlayıb ki, Kiyev Rusiya Prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında avqustun sonunadək görüş keçirilməsini təklif edib.
Prezident Zelenski də Kiyevin Moskva ilə danışıqları bərpa etməyə hazır olduğunu vurğulayıb. O, əlavə edib ki, danışıqlar prosesinin dinamikası tədricən artmalıdır.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.