AZ

“Barselona”da 36 ildən sonra ilk ingilis futbolçu

İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Markus Reşford “Barselona”ya transfer olunub.

90deqiqe.Az xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı futbolçunun icarə əsasında komandaya qoşulduğunu açıqlayıb.

Reşford bu keçidlə “Barselona”nın son 36 ildə heyətinə qatdığı ilk ingilis futbolçu olub. Katalon klubu 1989-cu ildə Qari Linekerlə yollarını ayırdıqdan sonra bu ölkədən heç bir oyunçu “Blauqrana” formasını geyinməmişdi. Xatırladaq ki, Lineker 1986–1989-cu illər aralığında “Barselona”da çıxış etmiş, ardından “Tottenhem”ə transfer olunmuşdu.

Markus Reşford ötən mövsümün ilk hissəsini “Mançester Yunayted”in heyətində keçirsə də, qış fasiləsində baş məşqçi Ruben Amorimin planlarına daxil olmadığından “Aston Villa”ya icarəyə verilmişdi. O, Birmingem klubunda 17 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Transferin şərtlərinə əsasən, Reşford 2025/26 mövsümünün sonuna qədər “Barselona”da icarə əsasında çıxış edəcək və müqavilədə satınalma hüququ da yer alır.

Seçilən
93
90deqiqe.az

1Mənbələr