AZ

Həkimlərə qarşı 170 dən çox hücum olub

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

2019-cu ildən bəri Qazaxıstanda həkimlərə, feldşerlərə, tibb bacılarına və digər tibb işçilərinə qarşı 170-dən çox hücum faktı qeydə alınıb.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə səhiyyə naziri Akmaral Alnazarova məlumat verib.“Həkimlərə edilən hücumların hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hücumlarla bərabərləşdirilməsini, o cümlədən smart videotokenlərin, xəstəxanalarda kompleks təhlükəsizlik sistemlərinin tətbiqini, qəbul yerlərində gecə-gündüz işləyən polis məntəqələrinin yerləşdirilməsini nəzərdə tutan bir sıra qanunvericilik dəyişiklikləri hazırlanıb”, - deyə nazir bildirib.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xəstəxanaların və perinatal mərkəzlərin qəbul otaqlarında gecə-gündüz polis postları yaradılıb. Ümumilikdə 115 səhiyyə müəssisəsi mühafizəyə götürülüb.Mehman Mehdiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
newscenter.az

1Mənbələr