AZ

Süni intellektə artan tələbat ABŞ-da elektrik enerjisinin qiymətlərini artırır

Süni intellektə əsaslanan texnologiyalara artan tələbat və bununla əlaqədar elektrik istehlakının artması ABŞ-ın ən böyük regionunda elektrik enerjisinin qiymətlərinin artmasına səbəb olub.

Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Nəşr bildirir ki, ABŞ-ın şərq və şimal-şərqindəki 13 sənayeləşmiş ştata, eləcə də paytaxt Vaşinqtona xidmət göstərən şəbəkə operatoru PJM bu il topdansatış qiymətlərində ötən illə müqayisədə 22% artım qeydə alıb. İstehlakçıların artan tələblərini ödəmək üçün operator 2026-cı ilin iyunundan 2027-ci ilin mayına qədər enerji təchizatçılarına 16 milyard dollar ödəyəcək - bu, bir il əvvəlkindən 10% çoxdur.

Bununla əlaqədar olaraq, PJM ilin sonuna qədər istehlakçılar üçün son qiymətlərin 1-5% artacağını gözləyir. "Bu, istehlakçılar üçün pis xəbər ola bilər. Enerji hərraclarında qiymət artımı son qiymətlərin bahalaşmasına səbəb olacaq", deyə "ClearView Energy Partners"in idarəedici direktoru Timoti Foks bildirib.

Paşa Məmmədli
 

Seçilən
30
valyuta.az

1Mənbələr