100-dən artıq humanitar təşkilat, o cümlədən “Sərhədsiz Həkimlər”, Save The Children və Oxfam, Qəzza zolağında kütləvi aclığın sürətlə yayıldığı barədə birgə bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, təxminən 2,3 milyon fələstinli müharibənin dayandırılmasını və humanitar yardımın çatdırılmasını gözləyir, lakin gündəlik həyat getdikcə daha dözülməz olur. BMT-nin məlumatına görə, əsas ehtiyacların ödənilməsi üçün gündə orta hesabla 600 humanitar yük maşını Qəzzaya gətirilməlidir. Hazırda isə yalnız təxminən 28 maşın daxil olur ki, bu da çox azdır.
Xüsusilə uşaqlar və yaşlılar arasında ciddi qidalanma çatışmazlığı halları artıb, aclıq və susuzluq səbəbindən küçələrdə insanın huşunu itirməsi hallarına rast gəlinir.
Təşkilatlar dərhal atəşkəsin bərqərar olunmasını və BMT-nin nəzarəti altında humanitar yardımların davamlı çatdırılmasını tələb edir.
“Ölkələr həyatları xilas edə bilər və etməlidir, hələ gec olmamış…” — bəyanatda qeyd olunur.
//Samir Qurbanov, Editor.az