AZ

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Ukrayna və Rusiya arasında İstanbulda əldə edilmiş razılaşma çərçivəsində növbəti – doqquzuncu əsir mübadiləsi mərhələsi həyata keçirilib.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

“Evə ağır yaralı və xəstə müdafiəçilərimiz qayıdır. Artıq detalları açıqlaya bilərik – İstanbul razılaşmaları çərçivəsində keçirilən bütün mərhələlərdə 1000-dən çox insanımızı geri qaytarmaq mümkün olub. Bu, minlərlə ailə üçün yaxınlarını yenidən qucaqlamaq sevincidir. Əmək sərf edən hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, bu dəfə azad edilən hərbçilər Ukraynanı cəbhənin müxtəlif istiqamətlərində müdafiə ediblər və onların bir qismi üç ildən artıq müddətdə əsirlikdə olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr