AZ

Liviya və ABŞ iqtisadi, enerji və hərbi sahələrdə əməkdaşlığı müzakirə ediblər

Liviyanın rabitə və siyasi məsələlər üzrə dövlət naziri Valid əl-Lafi ABŞ prezidentinin ərəb və Yaxın Şərq məsələləri üzrə müşaviri Massad Bulosla iqtisadi, enerji və hərbi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdiklərini bildirib.

ABŞ prezidentinin müşaviri Massad Bulosun Tripoliyə səfəri çərçivəsində o, Liviyanın Baş naziri Əbdülhəmid Dbeibə, neft və qaz naziri Xəlifə Əbdüssadiq və dövlət naziri Valid əl-Lafi ilə görüşüb.

Görüşdən sonra mətbuata açıqlama verən əl-Lafi qeyd edib ki, tərəflər iqtisadiyyat, enerji və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini ətraflı şəkildə müzakirə ediblər. Həmçinin Liviyada siyasi proses, beynəlxalq təşkilatların səyləri və ABŞ-ın bu prosesə dəstəyi məsələlərinə toxunulub.

Nazir ABŞ şirkətlərinin Liviya bazarındakı önəmini vurğulayaraq, iki ölkə arasında həyata keçirilən layihələrin ümumi dəyərinin 70 milyard dollardan artıq olduğunu qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr