AZ

"Beşiktaş" “Milan”ın futbolçusu üçün hərəkətə keçib

Türkiyənin “Beşiktaş” klubu müdafiəçi Emerson Royalın transferi üçün “Milan”la danışıqları intensivləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi artıq İtaliya klubuna rəsmi icarə təklifi göndərib və transferi tezliklə rəsmiləşdirməyə ümid edir.

Tərəflər braziliyalının 2026-cı ilin yayına qədər icarəyə götürülməsi və müqaviləyə 10 milyon avro dəyərində satınalma şərtinin daxil edilməsi üzərində müzakirələr aparır.

26 yaşlı futbolçu ötən mövsüm A Seriyasında “Milan”ın heyətində 17 oyunda iştirak edib, lakin nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, Emerson Royalın hazırkı bazar dəyəri 9 milyon avrodur. Transferin yaxın günlərdə razılaşdırılması gözlənilir.

Seçilən
91
90deqiqe.az

1Mənbələr