Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Cənubi Koreya Prezidenti Li Cae Myon arasında telefon danışığı olub. Bu barədə iyulun 23-də Akordanın Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı tərəflər Qazaxıstan və Cənubi Koreya arasında çoxşaxəli əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını ifadə ediblər. Liderlər ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə qarşılıqlı əlaqələrin fəallaşdırılmasının vacibliyi vurğulanıb. Sənaye, energetika, avtomobil istehsalı, təhsil və səhiyyə kimi sahələrdə mövcud və perspektiv layihələrin uğurla həyata keçirilməsinin önəmi qeyd olunub.
Prezident Li Cae Myon Qazaxıstan Prezidentini Cənubi Koreyaya rəsmi səfərə dəvət edib. Kasım-Jomart Tokayev dəvətə görə təşəkkür edib və 2026-cı ildə Seulda keçiriləcək “Mərkəzi Asiya – Cənubi Koreya” sammitində iştirak etməyə hazır olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az