Türkiyənin Milli Müdafiə Nazirliyi ilə Qvatemala Müdafiə Nazirliyi arasında Hərbi Çərçivə Sazişi imzalanıb. Sənəd İstanbulda keçirilən IDEF 2025 müdafiə sənayesi sərgisi çərçivəsində rəsmiləşdirilib.
Tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Qvatemalanın müdafiə naziri Henri Saens Ramos iştirak ediblər. Saziş hərbi sahədə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
IDEF 2025 sərgisi Türkiyə Milli Müdafiə Nazirliyinin təşkilatçılığı, Müdafiə Sənayesi İdarəsi və Türkiyə Silahlı Qüvvələri Fondu (TSKGV) dəstəyi ilə, KFA Fuarcılık AŞ tərəfindən İstanbul Sərgi Mərkəzində keçirilir. Sərginin qlobal kommunikasiya tərəfdaşı Anadolu Agentliyidir (AA).
Tədbir iştirakçıların xatirə fotosu ilə başa çatıb.
//Samir Qurbanov, Editor.az