Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib ki, rəsmi Kiyev Rusiya tərəfinə liderlər səviyyəsində görüş keçirməyi təklif edib. Görüşün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın keçmiş prezidenti Donald Trampın iştirakı ilə avqustun sonunadək baş tutması təklif olunub.
Bu barədə məlumat Umerovun Ukrayna və Rusiya nümayəndə heyətlərinin Türkiyədə keçirilən görüşünün nəticələri ilə bağlı açıqlamasında verilib.
Ukrayna tərəfi həmçinin atəşkəsə, xüsusilə də kritik və mülki infrastruktur obyektlərinə zərbələrin dayandırılmasına hazır olduğunu bildirib.
Tərəflər hərbi və mülki əsirlərin dəyişdirilməsi üzrə humanitar razılaşmaya gəliblər. Umerovun sözlərinə görə, Rusiya və Ukrayna arasında həyata keçiriləcək növbəti humanitar mübadilə çərçivəsində 1200-dən çox şəxsin azad olunması nəzərdə tutulur. Bununla belə, əsir mübadiləsinə dair yeni danışıqlar raundunun keçirilməsi planlaşdırılmır.
//Samir Qurbanov, Editor.az