ain.az bildirir, GlobalInfo portalına istinadən.
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsində aktiv şəkildə senatorlarla təmasdadır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levitt məlumat verib.
Levitt qeyd edib ki, Kremlə qarşı hər hansı məhdudlaşdırıcı tədbirə dair yekun qərar yalnız prezidentin səlahiyyətindədir:
“Prezident sanksiyalarla bağlı bütün qərarları özü üçün saxlayır.”
Onun sözlərinə görə, Tramp bu məsələ ilə bağlı xüsusilə senator Lindsey Graham ilə müntəzəm əlaqə saxlayır.
Xatırladaq ki, iyulun 14-də NATO-nun yeni baş katibi Mark Rutte ilə görüş zamanı Tramp bəyan etmişdi ki, əgər 50 gün ərzində Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə olunmasa, Rusiya neftini alan ölkələrə 100%-lik ikinci dərəcəli tariflər tətbiq ediləcək.
Tahir Turan
Globallinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.