Madridin “Atletiko” klubu yarımmüdafiəçi Saul Niqeslə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Saul “Atletiko”nun akademiyasına hələ 2008-ci ildə qoşulmuşdu və son onilliklər ərzində klubun ən tanınmış simalarından birinə çevrilmişdi. O, əsas komandanın heyətində ümumilikdə 427 oyuna çıxaraq 48 qola imza atıb. Bu göstərici ilə Saul “Atletiko”nun tarixində ən çox oyun keçirən futbolçular sırasında 9-cu pillədə qərarlaşıb.
Madriddəki karyerası ərzində Saul bir çox uğura imza atıb: La Liqa çempionluğu, İspaniya Kuboku və Superkuboku, iki dəfə Avropa Liqasının qalibi və bir dəfə UEFA Superkubokunun sahibi olub.
“Atletiko” klubunun rəsmi saytında Saul “klub əfsanəsi” olaraq qeyd edilib və ona illər boyu göstərdiyi sədaqət və töhfələr üçün təşəkkür bildirilib.