ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə keçirilən Rusiya-Ukrayna danışıqlarının yekunlarına dair danışan Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov mühüm təkliflə çıxış edib.
Globalinfo.az xəbər verir ki, o, Kiyevin Rusiya tərəfinə Prezidentlər Volodimir Zelenski və Vladimir Putin arasında avqustun sonuna qədər görüş keçirməyi təklif etdiyini bildirib.
“Biz Rusiya tərəfinə avqustun sonuna qədər Rusiya və Ukrayna liderlərinin görüşünü keçirməyi təklif edirik. Belə bir görüş real siyasi tərəqqinin kilidini açmağa qadirdir”, – deyə Umerov yaydığı açıqlamada bildirib.
Hazırda Rusiya tərəfinin bu təklifə hansı münasibət göstərəcəyi gözlənilir.
Qeyd edək ki, sonuncu dəfə Vladimir Zelenski və Volodimir Putin şəxsən 9 dekabr 2019‑cu il tarixində Parisdə – Normandiya formatında keçirilən sammit çərçivəsində görüşüblər.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.