ABŞ-da yerləşən texnologiya nəhəngi “Microsoft” şirkəti hakerlər tərəfindən hücuma məruz qalıb.Metbuat.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb. İddialara görə, kiberhücumlar Çin dövləti tərəfindən dəstəklənən qruplar tərəfindən təşkil edilib. Hakerlər sənəd idarəetmə proqramında zəifliklərdən istifadə edərək şirkət məlumatlarını hədəf alıblar. “Microsoft” boşluqları aradan qaldırmaq üçün təhlükəsizlik yeniləmələri həyata keçirib və istifadəçilərə yeniləmələri quraşdırmaq tövsiyyə edilib. Hakerlərin sənəd idarəetmə proqramından istifadə edən hökumətləri və şirkətləri hədəfə aldığı qeyd edilib.