
"Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyini davam etdirəcək".
Reyting.az xəbər verir ki, bu sözləri bu gün İstanbulda Rusiya-Ukrayna danşıqlarına rəhbərlik edən Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, bu proses sülhlə bitirmək üçün hər cür çabanı göstərirlər: "Danışıqların iki raundu ərzində mühüm nəticələr əldə etdik. Biz şadıq ki, indiyədək əldə olunmuş əsir mübadiləsinin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymət alıb. Ümid edirəm ki, hər görüş sülhə bizi daha da yaxınlaşdıracaq"
E.ARAZ