AZ

Uqo Ekitike rəsmən “Liverpul”da

Fransa əsilli hücumçu Uqo Ekitikenin Almaniyanın “Ayntraxt” (Frankfurt) klubundan İngiltərənin “Liverpul” komandasına keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “qırmızılar”ın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Transferin məbləği 82,5 milyon avro olaraq göstərilir. Müqavilədə əlavə 12,5 milyon avro həcmində bonuslar da nəzərdə tutulub.

Ekitike peşəkar karyerasına Fransanın “Reyms” klubunda başlayıb. Daha sonra o, Danimarkanın “Vayle” və Paris “Sen-Jermen” klublarının formasını geyinib. Ötən mövsüm o, “Ayntraxt”ın heyətində bütün turnirlərdə 48 oyuna çıxaraq 22 qol vurub və 12 məhsuldar ötürmə edib.

Transfermarkt portalının məlumatına görə, 22 yaşlı futbolçunun hazırkı bazar dəyəri 75 milyon avrodur.

Ekitike həmçinin Fransa U-19 və U-21 yığmalarında da çıxış edib.

Seçilən
88
90deqiqe.az

1Mənbələr