AZ

ABŞ Yaponiya ilə razılığa gəldi

ABŞ Prezidenti Donald Tramp Yaponiya ilə ticarət sazişinin tamamlandığını elan edib. Metbuat.az xəbər verir ki, o, Yaponiyanın 15 faizlik gömrük rüsumu ödəyəcəyini açıqlayıb. Tramp Yaponiyanın onun göstərişi ilə ABŞ-yə 550 milyard dollar sərmayə qoyacağını və qazancın 90 faizini alacağını qeyd edib. O, bu müqavilənin yüz minlərlə iş yeri yaradacağını ifadə edib. Tramp həmçinin qeyd edib ki, Avropa və digər ticarət tərəfdaşları ilə müzakirələr aparılacaq.

Qeyd edək ki, razılaşmadan əvvəl Donald Tramp Yaponiyanın 25 faiz gömrük rüsumu ödəyəcəyini bəyan etmişdi. Bundan əvvəl ABŞ bir sıra ölkələrlə ticarət sazişləri imzalayıb.

phrase_var_article.chosen
3
metbuat.az

1phrase_var_article.sources