AZ

“Zirə” ilk oyunda “Hayduk”la heç-heçə etdi

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda Xorvatiyanın “Hayduk” kollektivini qəbul edib.

“Neftçi Arena”da keçirilən görüş 1:1 hesablı heç-heçə yekunlaşıb. “Zirə”nin heyətində qolu 31-ci dəqiqədə Brahim Konate vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 31-də Splitdəki “Polyud” stadionunda təşkil olunacaq.

Seçilən
66
msport.az

1Mənbələr