Portuqaliyanın aparıcı klubları stadionlarını modernləşdirərək gəlirlərini artırmağa çalışır.
Valyuta.az “Bloomberg”ə istinadən xəbər verir ki, "Fortitude Capital" şirkətinin təsisçilərindən Antonio Esteves Portuqaliyada futbol stadionlarına sərmayə yatırmağı planlaşdırır.
Təxminən 500 milyon avro vəsait toplamış şirkət "Benfica", "Porto" və "Sporting" kimi aparıcı klubların stadionlarının yenilənməsi layihələrinə dəstək verəcək. İnvestisiya Braziliyanın "BTG Pactual" bankı və "Atrium Portfolio Managers" tərəfindən dəstəklənir.
Layihənin məqsədi Avropada stadion modernləşdirmə trendinə qoşularaq uzunmüddətli gəlirliliyi təmin etməkdir.
Qeyd edək ki, "Fortitude Capital" 2022-ci ildə yaradılıb və hazırda Lissabonda fəaliyyət göstərir.
©İqtisadiyyat.az