Ağ Ev ABŞ-ın keçmiş prezidenti Barak Obamanı rəsmi olaraq Amerika xalqına və Donald Trampa qarşı xəyanətdə və sui-qəsddə ittiham edib.
AzPost bildirir ki, bu barədə Ağ Evin yaydığı rəsmi məlumatda deyilir.
Məlumata görə, ABŞ-ın keçmiş prezidenti Barak Obama hakimiyyətin dinc yolla ölkənin hazırkı rəhbəri Donald Trampa ötürülməsi ilə deyil, təxribatla məşğul olub.
İyulun 22-də Tramp deyib ki, Ədliyyə Nazirliyi Barak Obamanın ABŞ seçkiləri və Rusiya ilə bağlı kəşfiyyat məlumatlarını manipulyasiya etməsini araşdırmalıdır.
Bundan əvvəl Tramp özünün Truth Social sosial şəbəkəsində neyron şəbəkəsi tərəfindən yaradılmış videonu keçmiş prezident Barak Obamanın “həbs edilməsi”nin görüntüləri ilə yerləşdirib.
Bu, Amerika kəşfiyyatının rəhbəri Tulsi Qabbardın bu yaxınlarda verdiyi açıqlama ilə bağlıdır. Qabbard bəyan edib ki, Rusiyanın 2016-cı ildə Amerika seçkilərinə müdaxiləsi ilə bağlı ittihamlar Obama administrasiyası tərəfindən Trampın Hillari Klinton üzərində qələbəsini gözdən salmaq üçün uydurulub.