Qeyd edək ki, futbolçunun “Barselona”ya transfer olmaq üçün maaşını azaltdığı barədə xəbərlər dərc edilmişdi. Məlumata görə, klub futbolçunun 14 milyon avroluq məvacibinin hamısını ödəyəcək. Müqavilədə bonuslar da yer alıb. “Barselona” icarə müddəti bitdikdən sonra oyunçunu almaq məcburiyyətində deyil. Lakin İspaniya klubu 35 milyon avroya futbolçunu transfer etmək hüququna malikdir. Markus Rashford ötən mövsüm icarə əsasında "Aston Villa"da çıxış edib. O, 17 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
phrase_var_article.topics