“Yuventus” komandada icarə əsasında çıxış edən PSJ-nin hücumçusu Randal Kolo-Muanini heyətində saxlamaq üçün əlindən gələni edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu fransalı futbolçunu almaq imkanı ilə icarəni bir il müddətinə uzatmaqda maraqlıdır, lakin PSJ bu variantdan məmnun deyil.
Parislilər futbolçunu birbaşa satmaq niyyətindədirlər.
Kolo-Muaninin özü də “Yuventus”a keçməkdə israrlıdır. Oyunçu daha ona güvənməyən PSJ-də oynamaq istəmir.