AZ

Cəlilabadda iribuynuzlu heyvanlar naməlum səbəbdən öldü

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cəlilabad rayonunda iribuynuzlu heyvanlar naməlum səbəbdən zəhərlənərək ölüb.

"Unikal" xəbər verir ki, hadisə Cəlilabadın Uzuntəpə kəndində Vüqar Hüseynovun təsərrüfatında baş verib.

O iddia edib ki, heyvanları kəndin örüş sahəsinə xeyli miqdarda nəzarətsiz vəziyyətdə tökülən vaxtı keçmiş çörək qalıqlarını yedikdən sonra bu hala düşüblər. Nəticədə 2 heyvan tələf olub.

Faktla bağlı artıq polisə də müraciət olunub.

Xəlil Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
128
2
unikal.az

2Mənbələr