GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
İsrail Suriyanı bombalamağa başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri mərkəzi Homs əyalətində Suriya silahlı qüvvələrinin anbarlarına hava zərbələri endirib.
Hücum əsasən Homs şəhərindən təxminən 100 km cənub-şərqdə yerləşən Şinşar bölgəsinə edilib. Nəticələr barədə hələlik məlumat verilməyib.
İsrailin müdafiə naziri İsrael Katz daha əvvəl xəbərdarlıq edib ki, Suriya hökumət qüvvələri Əs-Suveyda şəhərini və druzların kompakt yaşadığı ətraf əraziləri tərk etməsə, hücumlar davamlı xarakter alacaq.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.